Xidmətlər

Aviabiletlər

Şirkətimiz Sizin üçün hər bir xidməti ətraflı düşünmüş və Sizin rahatlığınızın tam şəkildə təmin edilməsi üçün əlindən gələni edir. Belə ki, şirkətimizin peşkar əməkdaşlarının köməkliyi ilə aviabiletlərinizi əvvəlcədən bron edə və ya bir başa ala bilərsiniz. 7/24 fəaliyyət göstərən əməkdaşlarımız Sizin üçün ən münasib qiymətin çıxarılması və diqqətlə tərtib olunmuş uçuş cədvəlinin qurulmasında köməklik göstərəcəkdir. Daha çox tranzit uçuşların tərtib olunması zamanı yaranan çətinliyi aradan qaldırmaqda da Sizə hərtərəfli kömək edəcəyik. Xüsusilə qeyd etməliyik ki, dünyanın istənilən istiqamətinə olan uçuş biletlərini bizim vasitəmizlə çox asanlıqla əldə edə bilərisiniz. İstiqaməti seçmək Sizdən, büdcənizə və planlarınıza uyğun marşrut və aviabiletlərin yazılması bizdən.

Viza

Ölkə hüdudlarındann kənara  çıxmaq istərkən turistlərin qarşısında duran problematik məsələlərdən biri də viza rəsmiləşdirilməsi ilə bağlı sənədləşmə və müxtəlif proseduralardır. Bu məsələ ilə bağlı narahatçılığa ehtiyac yoxdur. Bu prosesin Sizin üçün minimum vaxt itkisi, maksimum faydalı sonlanması üçün əməkdaşlarımız Sizə yardımçı olacaqlar. Bundan başqa “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələri rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidentinin təklifi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası ərazisinə şəxsi pasporta əsaslanan vizasız (sadələşdirilmiş) gediş-gəliş qaydası müəyyənləşdirilə bilər. Buna əsasən, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir: I QRUP. - Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları; - həmçinin belə şəxslərin onlarla birgə səfər edən, lakin şəxsi diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasporta malik olmayan ailə üzvləri - ər (arvad), oğul/qızları üçün (foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada müvafiq diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasporta qeyd edilməklə) vizasız gediş-gəliş rejimi olan ölkələr. II QRUP. - Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar; - həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar; - Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər; - pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - Vətənə qayıdış şəhadətnaməsinə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəliş rejimi olan ölkələr. Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və ölkədə müvəqqəti olma müddəti 90 (doxsan) günədək uzadılmış belə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu müddət bitənədək Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 30 (otuz) gün Azərbaycan Respublikası hüdudlarından kənarda yaşadıqdan sonra (yaxın qohumunun ağır xəstələndiyini və ya vəfat etdiyini təsdiq edən hallar istisna olmaqla) yenidən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələ bilərlər. 

Sığorta

İstirahətimizin təşkili zamanı hamımızı narahat edən məsələlərdən biri təhlükəsizliyimiz, qəfil xəstəliklər, bədbəxt hadisələrdən nə dərəcədə sığortalanmış olmağımızdır. Buna görə də narahat olmağınıza dəyməz, çünki şirkətimiz Sizin Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğunuz müddət ərzində səyahət sığortanızı da təşkil edir. Səyahət sığortanız standart və Premium olmaq üzrə 2-yə ayrlır. Ümumiyyətlə, sığorta təminatına aşağıdakılar aiddir: Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası (hər bir sığorta hadisəsi üçün sığorta məbləğinin 1%-i həddində Fərdi qəza nəticəsində ölüm və ya I qrup əlillik (hər bir sığorta olunan üçün sığorta məbləğinin 20%-i həddində) Xaricə səfər zamanı baqajin sığortası (hər bir sığorta olunan üçün sığorta məbləğinin 1%-i) Səfərin ləğv edilməsinin (hər bir sığorta olunan üçün sığorta məbləğinin 5%-i həddində) sığortası Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası (hər bir sığorta olunan üçün gündəlik 120USD/EUR, şərtsiz gözləmə müddəti 1 gün) Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası (200 USD/EUR hər bir sığorta olunan üçün) QEYD: Yardıma ehtiyac olarsa, özbaşına hər hansı bir tədbir görməmişdən əvvəl Sığorta olunan və ya onun nümayəndəsi MÜTLƏQ sığorta polisində qeyd olunan məkəzlərə zəng etməlidir.

Transfer

Fərdi transfer – bu zaman Siz, seçdiyiniz modelə uyğun avtomobillə fərdi şəkildə istədiyiniz məkana çatdırılırsınız. Avtomobil modeli getdiyiniz məkandan asılı olaraq Siz tərəfdən seçilə bilər. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səyahət etdiyiniz zaman Siz istənilən avtomobilin ən son modelini sifariş edə bildiyiniz halda, Türkiyənin İstanbul və ya Ankara şəhərlərinə gedərkən seçim imkanınız o qədər də geniş olmaya bilər.

Hədiyyə kartları

Bir insana verə biləcəyiniz ən gözəl hədiyyə zamandır - ələlxüsus da bu vaxt istirahətə və əyləncəyə və səyahətə sərf olunursa. Sevdiklərinizə, dostlarınıza və Sizə yaxın olan insanlara əziz günlərdə nə hədiyyə edəcəyinizi çox düşünməyin, onlara “East Gate Travel”-dən turistik hədiyyə kartları ərmağan edin. Siz onlara 100, 300, 500, 1000, 3000, 5000 manatlıq səyahət kartı hədiyyə edirsiniz, istiqaməti və tarixi isə kart sahibləri ofisimizə yaxınlaşaraq seçirlər. Əzizlərinizə istirahət və yeni təəssüratlar hədiyyə edin, axı onlar buna layiqdirlər.

Korporativ Xidmətlər

Bu gün biznesinin, çalışdığı sahənin inkişafında maraqlı olan hər kəs bilir ki, ölkə xaricində təşkil olunan təlim, seminar, forum və digər bu qəbildən olan tədbirlərdə iştirak bu inkişafın sürətlənməsində, bu prosesə dünya təcrübəsinin qatılmasında önəmli rol oynayan amillərdəndir. Bu cür tədbirlərə qatılan zaman təbii ki, şirkət mənfəətlərini də düşünmək, minimum xərclər və vaxt itkisi ilə maksimum nəticələr əldə etmək Sizi düşündürən əsas məqamlardan olur. Amma artıq narahatçılığınıza ehtiyac yoxdur. Bizə tarixi və qatılacağınız tədbirin keçiriləcəyi məkanı deyin – təcrübəli əməkdaşlarımız Sizin üçün ən optimal reysi seçib vaxtınıza, ən uyğun və yaxın oteli seçib nəqliyyat xərclərinizə qənaət etmənizə kömək edəcəklər. Biznes səyahətlərinizi bizə etibar edin! Çoxsaylı korporativ müştərilərimiz arasında Sizin şirkətinizi də görməyə məmnun olardıq.

Avtomobil Kirayəsi

anime cliché to find manufacturers, for such h...k;

Sign In